Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı - Azadlığa buraxıldı Azadlığa buraxıldı
Bu gün Səbail rayon məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı Ceyhun Cəfərovun barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdiyilməsi haqda Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi təqdimata baxılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, C.Cəfərovun vəkili Cavad Cavadov bildirib ki, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına verilmə qərarı seçilib və C.Cəfərov məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, C.Cəfərov 1 il 7 ay öncə həbs edilib, ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq araşdırması davam etdirilir.