Məmur oğlunun toyunda dava düşdü - Sabiq rəis baş mühasibi döydü
İmişli rayon Maliyyə idarəsinin sabiq Rəhim Rəhimov rayon maliyyə idarəsinin hazrkı baş mühasibi Aqil Məmmədovun oğlunun toyunda dava salıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin İmişli şöbəsinin baş mühasibi Kərim adlı şəxsi döyərək ona ağır bədən xəsarəti yetirib.
Əldə etdiyimiz məlumata görə, hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılıb.
(azinforum.az)