15 yaşlı qız zorlandığı üçün öldü, 475 qadın isə... – qandonduran hadisə - FOTO
İŞİD-dən ayrılan Nizar adlı terrorçu terror təşkilatının həbsxanalarında “seks köləsi” olan qadınların yaşadığı dəhşəti açıqlayıb. Publika.az xəbər verir ki, Nizar Suriyada İŞİD həbsxanalarında gözətçi olub. “God Reports”-a danışan Nizar İŞİD həbsxanalarında 475 qadının olduğunu bildirib. “Bir sudanlı döyüşçünün təcavüz etdiyi 15 yaşlı qız qanamadan öldü. 475 qadın “seks köləsi” olaraq saxlanılır. Onların çoxu İŞİD-ə qarşı döyüşənlərin arvadlarıdır. Bəzi qadınlar ya tanımadıqları döyüşçülərlə evləndirilir, ya da edam edilirlər”, - deyə o bildirib. Nizar İŞİD-dən qaçmasının səbəbinin gördüyü dəhşətlər olduğunu deyib: “Həbsxana dəhlizlərində gəzərkən uşaqlarından ayrılan anaların ağlaması dəhşətli idi. Qız uşaqlarını zorlayır, istədiklərini edirlər. Gecələri kabus görməyə başladım. Sonra da ailəmlə birlikdə Türkiyəyə qaçdım”.Qeyd edək ki, İŞİD həbsxanalarındakı qadınların fotoları da yaşanan dəhşəti aydın göstərir.