İŞİD 19 min can aldı
İŞİD terror təşkilatının İraq və Suriyada 19 mindən çox vətəndaşı qətl etdiyi bildirildi.
Fazil Garravi İŞİD mənsublarının 2014-cü ilin əvvəlindən bu yana İraq və Suriyada 19 mindən çox vətəndaşı qətl etdiyini açıqlayıb.
İnsan Hüquqları komissiyasının üzvü, səbəbsiz yerə vətəndaşların öldürülməsinin qətliam sayıldığını, buna görə təşkilat haqqında Beynəlxalq Cəza Məhkəməsinə müraciətin lazım olduğunu deyib.
İŞİD terror təşkilatı 2014-cü ilin İyun ayında İraq Ordusunun geri çəkilməsindən sonra savaşsız bir şəkildə Mosul, Ənbar və Səlahəddin şəhərlərini işğal etmişdi.
Terror təşkilatının hücumlarına görə, 3 milyona qədər mülki vətəndaş yerindən olub.
İnterpress.az