Nazir müavini işləmiş qadın intihar etdi - AZƏRBAYCAN

Nazir müavini işləmiş qadın intihar etdi -

Aprel ayının 15-də Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 3, mənzil 18-də 86 yaşlı qadın intihar edib.

"AzerTaym.az" salamnews-a istinadən xəbər verir ki, 1931-ci il təvəllüdlü Sultanova Zərifə Məmmədəli qızı uzun illərdir iflic xəstəliyindən əziyyət çəkib, əlil arabasında gəzib. Aprel ayın 15-də günorta saatlarında oturduğu əlil arabasında iplə özünü boğaraq intihar edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Mərhumun yaxınları, Sultanova Zərifə Məmmədəli qızının Sovetlər Birliyi vaxtında uzun illər yüksək vəzifələrdə işlədiyini, hətta nazir müavini vəzifəsinə qədər yüksəldiyini bildirib.






Fikirlər