Bakıda turistlər tərəfindən ard-arda 2 oğurluq hadisəsi qeydə alınıb.
BakuPost.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin mərkəzində - Xəqani küçəsində yerləşən Xəqani Ticarət Mərkəzində baş verib. Belə ki, ərəb turistlər ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən idman malları mağazasına daxil olaraq, satıcının olmamasından istifadə ediblər. Onlar mağazadan idman ayaqqabısı, şort və digər geyim əşyaları götürərək, oradan uzaqlaşıblar. Baş verənlər təhlükəsizlik kameraları ilə qeydə alınıb.
Digər oğurluq hadisəsi isə ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən "Parfume Store” adlı parfumeriya mağazasında baş verib. Əldə etdiyimiz məlumata görə, ərəb turistlər mağazadan 1-i 180 manat dəyərində olan 2 ətir oğurlayıblar.
Hər iki faktla bağlı Səbail Rayonu Polis idarəsinin 39-cu Polis Bölməsinə müraciət edilib. Araşdırma aparılır.
Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün 39-cu Polis Bölməsi ilə əlaqə saxladıq. Növbətçi hissədən BakuPost.az-a bildirdilər ki, bununla bağlı açıqlama vermək səlahiyyətləri yoxdur.
Xəqani Ticarət Mərkəzindən isə faktı nə təkzib, nə də təsdiq etdilər.