Eks-prezident 3 il müddətinə HƏBS olundu

Eks-prezident 3 il müddətinə həbs olundu

Misir məhkəməsi keçmiş prezident Məhəmməd Mursini 3 illik həbsə məhkum edib. Mursi ədliyyə sistemini təhqir etməkdə günahkar bilinib.

AzerTaym.az oxu.az-a istinadən xəbər verir ki, Misirin Dövlət Televiziyasının verdiyi məlumata görə, dekabrın 30-da Qahirə məhkəməsi qərar verib ki, Mursi 4 il əvvəl ictimai çıxışında ədliyyə sistemini gözdən salmağa çalışıb, məqsədi isə "nifrət yaymaq”, qızışdırmaq olub. Televiziya məsələnin təfərrüatı ilə bağlı əlavə məlumat vermir.
Məhkəmə eyni işlə bağlı daha 18 nəfərə də 3 illik həbs cəzası kəsiib.
5 nəfər isə, o cümlədən demokratiya uğrunda kütləvi kampaniyaların təşkilatçısı Alaa Abdel-Fattah 30 min Misir funtu (1688 dollar) məbləğində cərimə olunub.
Mursi Misirin ilk azad seçki ilə seçilmiş prezidentidir. Onu bir illik prezidentliyindən sonra 2013-cü ildə hərbçilər devirdi. Mursinin hakimiyyəti ölkədə cəmiyyətin kəskin bölünməsinə gətirmişdi.
O vaxtdan həbsdə olan Mursiyə qarşı müxtəlif ittihamlarla məhkəmə prosesləri gedir.
Mursi həmçinin casusluqda, xarici qruplarla əlaqədə ittiham olunur.
Misirdə hərbçilər 2013-cü ildən bəri minlərlə islamçını və liberalı həbsə atıb.






Fikirlər