“Tayms”ın üz qabığında görünən lider devrilir – ŞOK İDDİA

“Tayms”ın üz qabığında görünən lider devrilir – Şok iddia

Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəs Universitetinin professoru Gökhan Bolat maraqlı iddia ilə çıxış edib.

 Axar.az xəbər verir ki, professor İngiltərənin nüfuzlu “Tayms” jurnalının üz qabığında fotoşəkli çıxan siyasi liderlərin ölkəsində hərbi çevriliş olduğunu deyib:
 “Məsələn, 1952-ci ildə İranın keçmiş baş naziri Məhəmməd Musəddiqə qarşı “Ayaks əməliyyatı” keçirildi və devrildi. Onun şəkili 1 il əvvəl bu jurnalın üz qabığında çıxmışdı.
 Bağdad Paktının qurulmasında əsas rolu olan Türkiyənin o dövrdəki baş naziri Adnan Məndərəs 1958-ci ildə “Tayms” dərgisinin üz qabığına çıxdı. İki il sonra çevriliş oldu və asıldı.
 Sonrakı vaxtlara baxdıqda, İraqın devrilmiş lideri Səddam Hüseynə bu dərginin üz qabığında yer verilib. 2003-cü ildə tutuldu, 2006-cı ildə edam edildi.
 Məhəmməd Mursi də 2012-ci ildə “Tayms” jurnalının üz qabığında göründü və yaxın Şərqin ən güclü lideri elan edildi. Lakin bir il keçməmiş Misirdə məlum hadisələr baş verdi və Mursi indi həbsxanadadır.
 Prezident Rəcəb Tayyib Ərdoğan da 2011-ci ildə “Tayms” jurnalının üz qabığında çıxıb və internet vasitəsi ilə keçirilən sorğularda ilin adamı seçilib. İki il sonra - 2013-cü ildə 17-25 dekabr hadisələri baş verdi. Bunu uğurla başa çatdıra bilmədikləri üçün 15 iyul (2016) dövlət çevrilişinə cəhd baş verdi, amma yenə bacarmadılar”






Fikirlər