“Tayms”: “Türkiyə ordusu qarışıqlığı fürsət olaraq gördü” -
“Azertaym.az” xəbər verir ki, İngiltərədə yayımlanan “Tayms” qəzeti Ali Baş Qərargahın “Balyoz” və “Ergenekon” kimi hərbçilərin mühakimə olunduğu məhkəmələr haqqında Respublika Baş Prokurorluğuna etdiyi şikayətə yer verib.
Xəbər bu cür davam edir:
“Ali Baş Qərargah şikayətində “dərin dövlət” məhkəmələrində təqdim olunan sübutların saxta olduğunu iddia edib.
Bu addım hal-hazırda dövlətin üst səviyyəsndə korrupsiyaya yol verildiyinə dair iddialarla boğuşan və məhkəmə sistemindəki qruplarla açıq-aşkar şəkildə mübarizədə olan Ərdoğanı daha da basqı altında qoyub.
“Ergenekon” və “Balyoz” kimi məhkəmə prosesləri türklərə və dünyaya Türkiyənin keçmişindən uzaqlaşdığını və artıq orduya minnətdar olmadığını sübut etməkdə böyük rol oynayıb.
Ərdoğan və Gülən hərəkatının məntiq nikahları zamanı AKP hökuməti məlum məhkəmə proseslərini olduqca dəstəkləmişdi. Aralarında Ərdoğanın da olduğu vəzifəli şəxslər həmin məhkəmə proseslərini dəstəkləyib və sənədlərin saxta olduğunu şikayət edən müxaliflərə qarşı qulaqlarını tıxamışdı”