Elnarə Tofiqızının cinayət işini aparan müstəntiq dəyişdirildi - See more at: http://axar.az/news/5442#sthash.4kSH2exW.dpuf

Elnarə Tofiqızının cinayət işini aparan müstəntiq dəyişdirildi - See more at: http://axar.az/news/5442#sthash.4kSH2exW.dpufHəkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının cinayət işi Respublika Prokurorluğunda öyrənilərək yenidən Nəsimi Rayon Prokurorluğuna qaytarılıb. Bu barədə mərhumun həyat yoldaşı zərərçəkən Anar Niftəliyevin vəkili hüquqşünas Səməd Vəkilov açıqlama verib. Onun sözlərinə görə, Respublika Prokurorluğunun göstərişi ilə istintaqı aparan müstəntiq dəyişdirilib: “Bir qədər əvvəl zərərçəkən Anar Niftəliyevin müraciəti əsasında cinayət işinin materialları öyrənilməsi üçün Respublika Prokurorluğuna göndərilmişdi. Hazırda iş Respublika Prokurorluğunun rəhbər göstərişləri ilə birlikdə Nəsimi Rayon Prokurorluğuna göndərilib. Cinayət işini aparan müstəntiq Ələkbər Rzayev səhhətində yaranan problemlərlə əlaqədar olaraq müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Hazırda Elnatə Tofiqqızının cinayət işi müstəntiq Hafiz Əliyevin icraatına verilib”.
Qeyd edək ki, bu həftə mərhum E.Tofiqızının ölümünün səbəblərini araşdıran komissiyon tibbi ekspertin rəyi açıqlanıb. S.Vəkilov vurğulayıb ki, bununla bağlı zərərçəkmiş tərəfin də ekspertlərə ünvanladığı suallar prokurorluğa təqdim olunub. Xatırladaq ki, Səhiyyə Nazirliyi tibbi ekspertlərinin rəyinə görə, E.Niftəliyevanın “Medi Sina” klinikasında əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.






Fikirlər