6 AZƏRBAYCANLI qadını İRAQDA EDAM gözləyir

 

İŞİD-in girov götürdüyü 8 nəfəri edam etməsi İraqın hakimiyyət dairələrinin sinirlərini gərib. İraqın baş naziri Heydər əl Abadi hazırda həbsdə olan bütün İŞİD mənsublarının edam edilməsinə göstəriş verib.

AzerTaym.az Milli.az-a istinadən xəbər verir ki, Daily Mail-in reportyoru Larisa Braun İraqa yollanaraq İŞİD sıralarına qoşulmuş və İraq hərbçilərinin ələ keçirdiyi Britaniya vətəndaşları ilə görüşüb.

Həmin şəxslər Nasiriyyə həbsxanasında saxlanırıllar.

İraqın baş naziri Heydər əl Abadinin göstərişindən sonra İraq polisinin 8 əməkdaşının oğurlanaraq girov götürülməsində və edamında suçlanan 13 İŞİD mənsubu edam olunublar.

Onlar iyunun 28-də Nəsiriyyə həbsxanasının kameralarından birində asılıblar.

Güllələnənlər arasında Belçika vətəndaşı, İŞİD-ə qatılandan sonra "Əbu Həmzə əl Belciki" olmuş Tarik Cadun da vardı.

İŞİD terrorçularının böyük qrupu Bağdaddan 260 km cənub-şərqdəki Əl Hut həbsxanasında saxlanılır.

Həbsxanada aprelin 29-da Bağdad Ali Məhkəməsinin qərarı ilə İŞİD-ə üzv olmaqda suçlanaraq edam cəzası almış 29 qadın da var.

Həmin qadınların 6 nəfəri Azərbaycan, 19-u Rusiya, 4-ü Tacikistan vətəndaşlarıdır..

VIDEO

 

   

  






Fikirlər