Mosulda yenidən İraq bayrağı DALGALANIR

Mosulda yenidən İraq bayrağı dalğalanır

İraqın Mosul şəhəri İŞİD terror qrupundan azad olunub və bu münasibətlə ölkənin baş naziri şəhəri ziyarət edib.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Mosulun mərkəzinə gələn İraqın baş naziri Heydər Əl-Əbadi İraq ordusunun əsgərlərini təbrik edib. 

İraq ordusu İŞİD-in nəzarətində olan bölgəyə gələndən sonra terrorçular özlərini Tiqris çayına atıblar.

Qeyd edək ki, şəhər 2014-cü ildən bəri terror qrupunun nəzarətində idi və ötən ilin oktyabrında burada hərbi əməliyyatlara start verilmişdi. Terror qrupu ərazidə tez-tez teraktlar törədirdi.






Fikirlər