Türkiyə müharibəyə qoşulur
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İraqın kürd muxtariyyətinə yaxınlığı ilə tanınan xəbər portalı “Rudaw”a Mosul valisi Esil Nuceyfi deyib.
Esil bildirib ki, Türkiyə Mosul əməliyyatında iştirak etməyə qərar verib. O, Türkiyənin həmçinin silah və sursat göndərəcəyini də iddia edib.
Qeyd edək ki, Esil Nuceyfinin qardaşı olan İraq prezidentinin köməkçisi Usamə Nuceyfi ötən günlərdə Türkiyəyə gələrək prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb.
İraqın ən böyük ikinci şəhəri və zəngin neft yataqlarına sahib Mosul 2014-ci ilin iyun ayından İŞİD-in əlindədir. ABŞ liderlik etdiyi koalisiya gücləri, İraq ordusu və Peşmərgə gücləri şəhərin azad edilməsi üçün quru əməliyyatına hazırlaşır.