01.10.2014 - Parlamentdə İŞİD-lə bağlı qapalı iclas

01.10.2014 - Parlamentdə İŞİD-lə bağlı qapalı iclasTürkiyə parlamenti cümə axşamı hökumətin Suriya və İraq ərazisində hərbi gücdən istifadə etmək barədə təklifini müzakirə ediləcək.

Azvision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ədalət və İnkişaf Partiyası fraksiyasının rəhbərinin müavini Mustafa Elitaş bildirib.

Məlumata əsasən, Türkiyə parlamentin bu təklifi bağlı qapılar arasında müzakirə edəcək.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.






Fikirlər