Ərdoğan:"Əl-Bab mühasirəyə alınıb, növbəti hədəf İŞİD-in "paytaxtı" RƏQQADIR"
Suriyanın İŞİD terror qruplaşması tərəfindən işğal olunmuş Əl-Bab şəhəri mühasirəyə alınıb və Türkiyə ordusu və onun müttəfiqlərinin növbəti hədəfi İŞİD-in "paytaxt" adlandırdığı Rəqqa şəhəridir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, hazırda Əl-Bab tamamilə mühasirəyə alınıb və şəhərdə döyüşlər gedir. "Strateji cəhətdən əhəmiyyətli olan şəhər xəstəxana kompleksinin terrorçulardan təmizlənməsindən sonra, şəhərin tam olaraq azad olunması yaxın zamanın məsələsidir. Terrorçular şəhəri tərk edirlər", — deyə o bildirib. Prezidentin sözlərinə görə, Türkiyə Suriyada 4-5 min kvadrat kilometrlik təhlükəsizlik zonasının yaradılması üçün əlindən gələni edir. (Report)