Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əmək və Sosial Müdafiə Nazirliyi nəzdində yeni binaların açılış mərasimdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, 2013-cü ildən bəri baş verən hadisələr Türkiyənin istiqlal mübarizəsi apardığını göstərir:
“Bu dəfə düşmənimiz öz adı və əsgərləri ilə qarşımıza çıxmır. Onlar bizə istifadə etdikləri terrorçularun simasında hücum edir. PKK, İŞİD, FETÖ, YPG, DHKP-C və digərləri eyni ssenarinin oyunçularıdır. Bir-birindən fərqlənmirlər. Bütün terror təşkilatlarının yalnız bir hədəfi var: Türkiyənin önünü kəsmək, ayağından çəkmək, 2023-cü il hədəflərinə çatmasını əngəlləmək. Edə bilməyəcəklər.
Mən açıq-aşkar meydan oxuyuram: bütü terror təşkilatları, əlinizdən gələni edin. Suriya sərhədlərimizdə terror bölgəsi qurmaq həvəslərini necə qursaqlarında saxladıq, bölgədə aparılan oyunları da elə yerlə yeksan edəcəyik”.
AzerTaym.az