ƏRDOGAN terrora belə CAVAB verdi: "AZANIMIZ susmayacaq, BAYRAGIMIZ enməyəcək"

Ərdoğan terrora belə cavab verdi: "Azanımız susmayacaq, bayrağımız enməyəcək"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş vermiş terror hadisəsindən sonra, ilk açıqlamasını verib. 

Avropa.info xəbər verir ki, Ərdoğan Türkiyənin daha səbrinin qalmadığını bildirib.

"Əxlaqi və insani sərhədi olmayan, bu hücumları həyata keçirənlər və onun arxasında duran qüvvələrə qarşı mübarizəmizi daha qərarlı bir şəkildə həyata keçirəcəyik. Terrorçulardan istifadə edərək ölkəmizi və millətimizi əsas vəzifələrindən uzaqlaşdıracaqlarını güman edirlər. Amma bilsinlər azanımız susmayacaq, bayrağımız enməyəcək, ölkəmiz bölünməyəcək.

Birliyimizə, bərabərliyimizə, gələcəyimizə yönəlik olaraq, sərhədlərimiz xaricində və daxilində baş verən hücumlara misli ilə qarşılıq vermə mövzusundakı qətiyyətimiz, bu cür aksiyalarla daha da güclənir. Türkiyənin özünümüdafiə hüququnu, hər zaman, hər yerdə və hər vəziyyətdə istifadə etməkdən çəkinməyəcəyini bilinməlidir."
 






Fikirlər