Bakıda ŞOK əməliyyat: Qızlar oğlanlarla “play station” salonunda tutuldu +FOTOLAR

Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” oyun zalı aşkar edilib. 

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Ağdam rayon sakini Elnur Yusifovun qanunsuz olaraq “play station” salonu işlətdiyi məlum olub. 

Xüsusi karantin qaydalarını pozan müştərilən barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər. Obyektin sahibi Elnur Yusifov qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material məhkəməyə göndərilib.

Qeyd edək ki, “play station” salonunda olan yetkinlik yaşına çatmayan şəxs isə polislər tərəfindən ailəsinə təhvil verilib və onun valideynlərinə ciddi xəbərdarlıq edilib.

 






Fikirlər