Yeni il axşamı arvadına 9 bıçaq zərbəsi - vurub qaçan ər tutuldu
Şirvanda ötən gün arvadı Xanpəri Hüseynovaya 9 bıçaq zərbəsi vuran Aslan Əsədov tutulub. ATV.az xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qeyd edək ki, 9 bıçaq zərbəsi alan 21 yaşlı X. Hüseynova ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Qadın döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə cərrahiyyə əməliyyatına götürülüb.