"ZAMİNBANK"ın filial MÜDİRİNİ belə öldürdülər - VİDEO

Ötən il aprelin 21-də "Avropa" otelində "Zaminbank"ın Nəsimi filialının sədri Azər Məmmədovun qətlə yetirilməsinə səbəb olan hadisənin videosunu yayımlamışdıq.

 AzerTaym.az bildirir ki, qafqazinfo qətlin baş vermə anının görüntülərini əldə edib.

Qətldə təqsirləndirilənlərdən biri, Mövlud Səfərovun vəkili Cavid Rzazadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, videoda olan görüntülər hadisənin necə baş verməsini əks etdirir və hüquqlarını müdafiə etdiyi Mövlud Səfərovun təqsirsizliyi, Sənan Quliyevin isə məhz özünü müdafiə həddini aşmaqla Azər Məmmədova ölümcül xəsarət yetirdiyi, habelə qəsdən adam öldürmə cinayətinin törədilmədiyi açıq-aşkar görünür: "Mövlud Səfərovun barəsində ittiham hökmü çıxsa da, həmin hökmdən apellyasiya şikayəti verilib. Müdafiə tərəfi Azərbaycanda ədalətli və vicdanlı məhkəmə araşdırmasının aparılacağına və nəhayətdə bəraət hökmünün qəbul ediləcəyinə inanır. Videonun cəmiyyətdə izlənməsi ictimai fikri formalaşdıracaq və məhz bu sübut müdafiə tərəfinə böyük ümidlər verir".

Qeyd edək ki, cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən şikayət üzrə Bakı Apellyasiya Məhkəməsində hazırlıq iclası martın 29-da keçiriləcək.

Onu da əlavə edək ki, videonun üzərindəki qeydlər vəkilə məxsusdur. 

 AzerTaym.az

 






Fikirlər