17.01.2014. - Əli İnsanov barmaqlıqlar arxasında (FOTO)
İclasın təxirə salınmasına səbəb cavabdeh tərəfin - Ədliyyə Nazirliyinin təmsilçilərinin məhkəmə iclasına gəlməməsi olub.
Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib. AİHM ötən il martın 14-də Ə. İnsanovun iddiası üzrə qərarını açıqlayıb. Qərarda Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddiaları təmin edilib. Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da qeyd olunub.