“Vəzifəli şəxslərə sərf etmir deyə gəlirlərini açıqlamırlar” - ARAŞDIRMA
Mediada zaman-zaman dövlət məmurlarının, deputatların mülkləri, biznesləri ilə bağlı araşdırmalar yayılır. Ekspertlər deyir ki, problem məmurların gəlirlərini bəyan etməməsi ilə bağlıdır. Hələ 2005-ci ilin avqustunda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” qanun qüvvəyə minib. Amma qanunun üzərindən 18 il keçsə də, icra olunmur. //abzas.org//
Məlum olur ki, onların əmlakları aldıqları maaşla uzlaşmır. Bəs bu pullar necə əldə olunur?