Ötən il azad edilmiş rayonlarda tikinti işlərinə xərclənən vəsaitlərin MƏBLƏĞİ...
2024-cü ildə azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 5 milyard 982 milyon 63.3 min manat vəsait sərf edilib. Modern.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 596 min manat azdır. Belə ki, 2023-cü ildə azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 5 milyard 983 milyon 659 min manat vəsait yönəldilib. Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (1 mlrd. 374 mln. 784 min manat), Laçın (894 mln. 736.7 min manat) və Ağdam (809 mln. 487 min manat) rayonlarına ayrılıb. Xatırladaq ki, ötən il Azərbaycanda əsas kapitala 21 milyard 435.1 milyon manat vəsait yönəldilib ki, bununda 15 milyard 524 milyon 894 manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə hesabat dövründə işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə yenidənqurma işlərinə sərf olunan vəsaitin 38.5%-ni təşkil edib. Aşağıdakı cədvəldə ötən il və 2023-cü ildə azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:(APA)
Azad edilmiş ərazilər
2023-cü il min manat
2024-cü il min manat
Kəlbəcər
916 819,7
1 374 784,6
Laçın
1 494 430
894 736,7
Ağdam
565 801,3
809 487,5
Şuşa
624 545
751 529
Zəngilan
584 668,7
552 037,5
Füzuli
739 552,9
540 107,4
Cəbrayıl
663 727,2
436 626,8
Qubadlı
277 890,7
316 792,3
Xocavənd
111 310,2
115 739
Xocalı rayonu
4 882,1
70 272,8
Xankəndi
31,5
69 497,2
Ağdərə
50 452,5