"İNDİ BİZ QARŞIMIZDA O RUSİYANI GÖRÜRÜK..." - "Özünü şər imperiyası kimi aparan Rusiyanı" + VİDEO

Real TV-nin rəhbəri Mirşahin Ağayev son günlər artan siyasi gərginlik fonunda Rusiyanın ünvanına tənqidi fikirlər səsləndirib.

AzerTaym.az bildirir ki, o, Bakıdakı "Rus Evi" başda olmaqla, Rusiyanın və rus mətbuatının Azərbaycana qarşı münasibətini sərt şəkildə tənqid edib. 

Mirşahin Ağayev Rusiyanın etməyə borclu olduğu müddəaları belə sıralayıb:"Rusiyanın indi edə biləcəyi 3 şey var – səmimi etiraf, kompensasiya ödəmək və hadisəni tərədənlərin tapılıb cəzalandırılması. Nə qədər ki, bunlar olmayıb, Bakıdakı “Rus evi” özü də qara qutuya bənzəyəcək. Gərək açaq, oxuyaq, şifrəsizləkidrək. Görək orada daha nə qaranlıq mətnlər var? "Rus Evi", Primarkovuna qədər başa düşməlidir ki, rus demişkən Rusiya "aşıbkanı" harada və hansı yüksək səviyyədə buraxıb?".

Ad - 00:09

 

"İndi biz qarşımızda özünü şər imperiyası kimi aparan Rusiyanı görürük. Bir zamanlar əsaərt altında saxladığı xalqların müstəqilliyi ilə barışa bilməyən, öz şovinizmini yendiən mumyadan çıxaran 20 yanvar Rusiyası. Elə olmasa idi bu ölkənin mediasında başalanan nəhəng anti-Azərbaycan kampaniyası da olmazdı... Dövlət öz ləyaqətini qorumalıdır. Azərbaycanın ləyaqəti var və bu ləyəqətini qoruyur. Rusiyanın da ləyaqəti var. O, bu ləyaqəti ən azı Azərbaycan qədər qorumalıdır. Yoxsa ayıbdır! Ayıb da olsun!",-deyə o, bildirib.

Daha ətraflı sujetdə: 

 

 

 






Fikirlər