Mask “Azadlıq radiosu” və “Amerikanın səsi”nin bağlanmasını tələb etdi - FOTO
Amerikalı milyarder İlon Mask ABŞ-nin “Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu deyib. “AzerTaym.az” qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “X” hesabında paylaşım edən Mask bu media orqanlarına heç kimin qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini deyib. “Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır”, - deyə o bildirib. Qeyd edək ki, “Azadlıq radiosu” və “Amerikanın səsi” bir sıra digər media orqanları kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.