"Bunların hər birini sən mənə yaşatdın" - VIDEO
Aktyor Ramil Babayev xanımı Nigarla bağlı paylaşımı ilə diqqət çəkib. AzerTaym.az axşam.az-a istinadən xəbər verir ki, o, həyat yoldaşının videosunu yayımlayaraq, bunları yazıb: "Bu gün sənin doğum günündür, amma əslində bu gün mənim üçün daha dəyərlidir. Çünki bu dünyada sən doğuldun və bir gün gəldin, mənim dünyama da işıq saçdın. Sən təkcə mənim həyat yoldaşım deyilsən, ən yaxın dostum, sirdaşım, güvən yerim, hər şeyimsən. Sənə baxanda anlayıram ki, sevgi təkcə gözəl sözlər deyil, o, fədakarlıqdır, qayğıdır, sədaqətdir… Və sən bunların hər birini mənə yaşatdın. Sənin gülüşün mənim üçün dünyanın ən gözəl musiqisidir, sənin varlığın isə ən böyük xəzinəm. Bu gün və həmişə arzum budur ki, qəlbin hər zaman rahat, üzün daim gülər olsun. Uğurların bol, arzuların çin olsun. Mənim dualarımda, ürəyimdə hər zaman sən varsan. Sən bu dünyaya xoşbəxt olmağa və məni xoşbəxt etməyə gəlmisən və mən də hər gün səni daha çox sevməyə, qorumağa gəlmişəm. Ad günün mübarək, mənim əvəzolunmaz sevgim! Mən səni hər şeydən çox sevirəm!". Qeyd edək ki, cütlüyün iki qız övladı var.