İki ŞƏHİD verən RAMİZ Novruz: “TƏTİYİ çəkməyə hazıram”

 Cəbhə xəttində ermənilərin hücumunu dəf edərkən şəhid olan hərbçilərdən ikisi xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzun qohumudur.

 

Publika.az-a açıqlama verən xalq artisti iki şəhidlə qürur duyduğunu dilə gətirib: “Əmim nəvəsi Novruzov Fərahim Adışirin oğlunun ardınca bir şəhid də verdik. Gəlinimizin qardaşı – Dumanisi rayonundan olan Mustafazadə Təbriz torpaq uğrunda canından keçdi. İtkinin ağırlığını təbii ki, hiss edirik. Amma bəlkə də kənardan baxanlara qəribə gələr, amma inanın ki, hər iki şəhidin ailəsi onlarla qürur duyur. Lazım gələrsə, oğlum və özüm də cəbhəyə gedəcəm. Tətiyi çəkməyə hazıram, bir hay lazımdır. Ermənilər necə ki, bizim qız-gəlini Araza töküb boğdular, biz də onların canına vəlvələ salacağıq”.

 






Fikirlər