“AzDrama”da bədbəxt hadisə olacaq” - Ramiz Novruz aktyorların hədəfində

“AzDrama”da bədbəxt hadisə olacaq” - Ramiz Novruz aktyorların hədəfindəAkademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruz həmkarlarını tənqid etməsindən sonra elə onların tənqid atəşinə tuş gəlib.

R.Novruzun “İki ildir Dram Teatrını tənqid edirlər, iki ildir biz susuruq. Onlar danışır. Amma səbr deyilən bir şey var. Yetmədimi? Ayıbdır axı. Nə oldu, bizdə yaxşı heç nə yoxdur?fikirləri aktyorların narazılığına səbəb olub.

Akademik Milli Dram Teatrının aktyoru Elçin Əhmədov AzNews.az-a açıqlamasında bu mədəniyyət ocağında bütün sənət adamlarının narazı olduğunu bildirib:

“Ramiz Novruza böyük hörmətimiz var, yaşlı sənətkardır. Deyir ki, gəlin teatrın yaxşı işindən danışaq. Söhbət teatrın hansı yaxşı işindən gedir Ramiz müəllim? Mən teatrla bağlı müsahibələr verib, nöqsanları deyəndə deyirdilər ki, “cavansan, danışma”. Dedim ki, vaxt olacaq bu teatrda hamı danışacaq. “Azdrama”da hamı etiraz edir. Od olmayan yerdən tüstü çıxmaz. Ramiz müəllim deyir ki, teatrın neçə min borcu var. Mənsə İsrafil İsrafilovla görüşəndə o, mənə demişdi ki, teatrın hələ 1998-cu ildən qalan borcunu ödəyir”.

E.Əhmədov vurğulayıb ki, “Azdrama”da vəziyyət çox ağırdır: “Mən daha susacam, sonuncu açıqlamamdır. Demək istəyirəm ki, “Azdrama”da vəziyyət çox gərgindir. Orada çox səhvlər və yalnışlıqlar var. Buna niyəsə görə göz yumurlar. Yəqin gözləyirlər ki, orada bir bədbəxt hadisə baş versin. Mənə elə gəlir ki, bu hadisə baş verəcək. Çünki hamının səbr kasası dolub. Akademik teatr Azərbaycanın bir nömrəli mədəniyyət ocağıdır. Orada da hamı narazıdır”.

Sonda aktyor R.Novruza mesaj ünvanlayıb: “İsrafil İsrafilov gəldi-gedərdir. Orada oturan biz aktyorlarıq. Ramiz müəllim, elə et ki, sabah bizimlə üz-üzə gələ biləsən”.






Fikirlər