“Ondan üzr istəyəcəyəm” - Ramiz Novruz dünənki davasından danışdı

“Ondan üzr istəyəcəyəm” - Ramiz Novruz dünənki davasından danışdıOla bilər ki, mənim əlim çox yuxarı qalxıb”

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Novruz həmkarı Xalq artisti Ramiz Məliklə əlbəyaxa davasıyla bağlı AzNews.az-a danışıb.

R.Novruz bildirib ki, hazırda Akademik Milli Dram Teatrının həyətində oturub bu olayla bağlı iş aparan müstəntiqi gözləyirlər: “Hadisənin şahidləri ilə birlikdə müstəntiqi gözləyirik. Hələ gəlməyib. Mən istəmədim ki, şahidlərə əziyyətə verib onları polis şöbəsinə aparaq. Odur ki, xahiş etdim ki, bura gəlsinlər”.

Xalq artisti qeyd edib ki, bu məsələdə üzr istəmək bir böyük kimi onün üzərinə düşər: “Sakitlikdir. Ramiz Məlik və mən öz işimizdəyik. Çalışacağam ki, barışaq. Əgər lazımdırsa mən, bir böyük, ağsaqqal kimi ondan üzr istəyəcəyəm. Ola bilər ki, mənim əlim çox yuxarı qalxıb. Mənim borcumdur ki, ondan üzr istəyim”.

R.Novruz yaranmış vəziyyətlə bağlı başqa yolun olmadığını da bildirib: “Yol budur. Ramiz Məlik əsəbidir. Bir az əsəbləri sakitləşsin, həmin adamların yanında ondan üzr istəyəcəyəm. Biz 40 ildir ki, dostuq. Vəziyyəti müzakirə edib həll etdik. Qalır bir məsələ, o da Ramiz Məlikin məni bağışlaması”.

Xatırladaq ki, avqustun 23-də Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzla Ramiz Məlik arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən Ramiz Novruz Ramiz Məliki yumruqlayıb.

Bütün bunlardan sonra R.Məlik Yasamal Rayon 27-ci Polis Bölməsinə müraciət edib.






Fikirlər