Məşhurlar QIRMIZI xalçada - İŞİD-dən belə qorundular...
Ötən gün 69-cu Beynəlxalq Cannes Festivalının açılış mərasimi baş tutub. “Qafqazinfo” xəbər verir ki, açılışda məşhurların ənənəvi olaraq qırmızı xalçadan keçidi başlayıb. Təmtəraqlı mərasimdə Bianca Balti, Doutzen Kroes, Bella Hadid, Blake Lively, Justin Timberlake, Anna Kendrick kimi məşhurlar iştirak edib. Festivalın açılışı Woody Allenin “Café Society” filmi ilə baş tutub. Mərasimin aparıcısı Fransanın məşhur komediya aktyoru Laurent Lafitte olub. Festivalın müsabiqə hissəsində 20 film yarışacaq. Macar rejissor Laszlo Nemes, fransız rejissor Arnaud Desplechin, italyan rejissor Valeria Golino, amerikalı aktrisa Kirsten Dunst, danimarkalı aktyor Mads Mikkelsen, kanadalı aktyor Donald Sutherland, fransız aktrisa Vanessa Paradis və iranlı prodüser Katayoon Shahabi jüri üzvləri arasındadır. Festival 22 maya qədər davam edəcək. Festivalın baş tutduğu məkana isə 500 təhlükəsizlik kamerası qurlaşdırılıb, 200-dən çox polis əməkdaşları cəlb edilib. 200 min qonağı İŞİD təhlükəsindən qorumaq üçün belə bir addım atılıb.