NURA SURİ etiraz səsini yüksəltdi - "Maaş artmır, amma çörəyin qiyməti"
Müğənni Nura Suri çörəyin qiymətinin bahalaşmasına etiraz edib. 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörəyin isə 50 qəpiyə satılmasına müğənni narazılığını ifadə edib.
O, sosial şəbəkədə bu barədə belə bildirib:
"Çörəyin də qiyməti qalxdı. Qiymətlər qalxa-qalxa gedir. Bircə maaş və təqaüd artmır". (big.az)