Azərbaycanlı aktyor: "Ölə bilərəm" — FOTOLAR

Azərbaycanlı aktyor: "Ölə bilərəm" — FOTOLAR

 "Gizlənpaç" filminin baş qəhrəmanı Müşfiq Şahverdiyev Ölkə.Az saytına açıqlamasında bildirib ki, artıq çəkilişlərimiz 15 gündür başa çatıb:

"Çəkilişlərimiz şükürlər olsun ki, yaxşı sonlandırıldı. Artıq komandamız istirahətdədir. Montaj işlərinə başlamışıq. Çəkilişlərdə müəyyən çətinliklər yaşasaq da hər şey qaydasında oldu. Hətta elə oldu ki, burada halım pişləsdi. Çəkiliş meydançasından məni ambulansla xəstəxanaya çatdırdılar. Rejimim pozulduğu üçün orqanlarımda müəyyən nasazlıq əmələ gəlmişdi. Bu ən çox bağırsaqlarımda özünü büruzə verdi. Həkim əməliyyat olunmasam həyati təhlükəmin olacağını dedi. Bir sözlə, ölə bilərəm. Bu işlərimi yoluna qoyduqdan sonra əməliyyat olunacam. Kinoya gəldikdə isə bu işimizdən çox əminəm. Tamaşaçılarımızdan bizə dəstək olmağı istəyirəm. Doyunca gülmək istəyirlərsə, buyurub gəlsinlər. "Celal ile Ceren" ilə müqayisə olunacaq, hətta onu keçəcək film gəlir. "Gizlənpaç" filmimizə mən rəqib görmürəm. Hətta "My name is İntiqam"dan belə daha əla kino üzə çıxaracağıq. Noyabr ayında artıq Nizami kino mərkəzində qala gecəmiz olacaq. Xatırladım ki, "Gizlənpaç" Azərbarbaycanda il romantik-komediya filmidir.".

 
Daha sonra Müşfiq Şahverdiyev onunla bərabər film istehsal edən həmkarlarına səsləndi: "Mən başa düşmürəm ki, niyə hamı noyabr və mart aylarında kinolarını çıxarır? Mən heç kimdən qorxmuram və heç kimin də filmindən çəkinmirəm. Digər aylarda da filmlərinizi təqdim edə bilərsiniz tamaşaçılara. Bu cür etməklə bir-birimizin ayağının altını qazırıq, özümüz-özümüzə əngəl yaradırıq, satışımıza mane oluruq. Hamımız eyni zamanda çıxsaq tamaşaçı çaşır və seçim edə bilmir.Onları da nəzərə almaq lazımdır. Hər kəsə uğurlar arzu edirəm".    

 






Fikirlər