Səhhəti pisləşən aktyor danışdı: “HƏKİM nəzarətindəyəm”

"Gizlənpaç" filminin çəkilişi zamanı aktyor Müşfiq Şahverdiyevin səhhəti pisləşib.

 Aktyor Teleqeraf.com-a açıqlamasında xəstəxanadan çıxdığını və səhhətinin normal olduğunu deyib: “Hələ ki, normalam. İş rejimimiz çətindir. İşlərimiz çox olduğu üçün gecələr yatmaq problem var idi. Məndə təzyiq problemi var. Yorğun olanda təzyiqim yüksək olur. Gecə təzyiqim qalxdı və bir gün xəstəxanada qaldım.

 Hazırda həkim nəzarətindəyəm. Bu gün yenidən işimizə başlamışıq. Allah şükür olsun ki, səhhətim normaldır. Həkim deyir ciddi müalicəyə və istirahətə ehtiyacın var. Bədənim artıq əziyyəti qəbul edə bilmir.

 Maşının içində yeni veriliş çəkirik və ilk qonağımız Oksana Rəsulova olub. Verilişin adı “Bərk gedən”dir. Mən öz vətənimdə iki dəfə burun əməliyyatı keçirdim, amma yenə də əziyyət çəkirəm. Nevrozdan əziyyət çəkmişəm. Müalicə almışam, amma effektini görməmişəm. Ola bilsin ki, bu dəfə müalicə üçün xarici ölkəyə getməyi düşünüm. Vətəinmdə də güclü həkimlərimiz var. Sadəcə onları tanışlıqla tapmaq lazımdır. Müraciət etdiyim həkimlərdən o qədər razı qalmamışam. Amma yenə də başqa şəhərə getmək fikrim yoxdur. Çünki Bakıda işlərim çoxdur. Ən önəmlisi beynimə istirahət vermək lazımdır. İndi də çəkilişə gedirəm və təzyiqim 145-dir. Dərman qəbul etmişəm”.






Fikirlər