Rəmiş canlı yayımda vəsiyyət etdi:“Evim, maşınım ona qalacaq” - VİDEO
Xalq artisti, gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov ) mal-mülkini xanımı Gülüyə vəsiyyət edib. Xalq artisti bu barədə Lent.az-ın “Canlı yayımı”nda qonaq olarkən deyib. O bildirib ki, artıq indidən vəsiyyətnamə yazıb: “Artıq rəsmi olaraq evimi, maşınımı, hər şeyimi Gülüyə bağışladım. Allah qarşısında da kəbin kəsdirmişəm ki, heç bir problem olmasın. Özümü istəməyən yaxınlarım nəyə görə mənim mülkimə göz dikməlidir ki? Elə ona görə də indidən vəsiyyətnamə yazmışam. Notarius da hər şeyi həll etmişik. İndidən bilsinlər ki, hər şey Gülünündür. Gülü olmasaydı, mən çoxdan ölmüşdüm". Xalq artisti qardaşı ilə küsülü olmasına da münasibət bildirib: “Qardaş qardaşla küsülü ola bilməz. Arada inciklik ola bilər. Əvvəllər şəxsi həyatım barədə açıqlamalar verirdim. Sonra peşman oldum ki, kişi də ailəsinin söhbətini kənara çıxarar? Amma oldu... Mənim qardaşım 2 yaş məndən böyükdür. Hər zaman onun hörmətini saxlamışam. Heç vaxt qardaşımın yanında siqaret də çəkməmişəm. Onun toyunu da mən etmişəm. Sadəcə onların istəyi odur ki, Gülünü boşayım. Mən bu yaşımda Gülünü boşayanam? Onsuz yaşaya bilərəm ki? Yox. Çünki o, 13 yaşından mənim tərbiyəmdə böyüyüb. Ölən günümə qədər o mənə həm ana, həm də dostdur. İndi xalqımız məndən çox onu istəyir”. Gitara ifaçısı yaradıcılığından da söz açıb: “Bu yaxınlarda Kərəm Əkbər mənə mahnısını göndərdi. Dedi ki, istəyirəm ki, mahnılarımı sən yaşadasan. Mənim aləmimdə Kərəm Əkbər Cahangir Cahangirov, Tofiq Quliyev qədər güclü bəstəkardır. Fikrət Əmirov kimi gözəl bəstəkar olacaq. Çünki onun yazdığı əsərlərə baxıram, heyran oluram. Ona görə də boynuma götürdüm ki, onun mahnılarını yaşdacam. Bu bəstəkarın yeni mahnılarına müraciət etmişəm. Yaxınlarda təqdim edəcəm”. Qeyd edək ki, müsahibənin tam hissəsini və Rəmişin ifasını aşağıdakı videoda izləyə bilərsiniz. AzerTaym.az