Kamil Zeynallı ATV-dən GEDİR?
İdmançı Kamil Zeynallının aparıcılıq etdiyi “Kişi klubu” verilişindən uzaqlaşdırıldığı iddia edilir. “Qafqazinfo” nun məlumatına görə, bildirilir ki, Kamilin son qalmaqallarından sonra belə bir addım atılıb. Onun bir neçə gün bundan əvvəl vəzifəsinə xitam verildiyi qeyd olunur. “Qafqazinfo” məsələ ilə bağlı layihənin müəllifi Bəhruz Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir: “Bu söhbətlərlə əlaqədar olaraq TV və veriliş rəhbəri bir neçə müddətdən sonra məlumat verəcək. Efirdə yayımlanan anonslarda həm tamaşaçılar, həm media işçiləri xəbərdar olacaq. Hələki bu barədə heç bir qərar verilməyib. Qalıb-qalmamasını kanalın rəhbəri qərar verəcək”.