Kamil Zeynallı polis şöbəsinə ÇAGIRILDI

kamil zeynalli

İdmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb.

Bu barədə jurnalist Əfruzə Ağayeva məlumat verib.

Şikayətçi bildirib ki, K. Zeynallı onu instaqram hesabında təhqir edib və xanım jurnalist həmin gün polisə müraciət edib.

Ə. Ağayeva müraciətinin ardınca Nəsimi rayon Polis Şöbəsində izahat yazıb. Bundan sonra idmançı şöbəyə çağırılıb və ifadəsi alınıb.

vuqar seferli huquqsunas

Məsələ ilə bağlı “Qafqazinfo”ya jurnalistin vəkili Vüqar Səfərli də danışıb:

“Jurnalist Əfruzə Ağayeva özü Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edib və izahatını verib. Mən işin məhkəmə tərəfində jurnalistə kömək olacam. Kamil Zeynallının hansı ifadəni verdiyini qeyd edə bilmərik. O ki qaldı Əfruzə Ağayevanın tələbinə… Əfruzə xanım şərəf – ləyaqətin müdafiəsi və onun ünvanına Kamil Zeynallı tərəfindən edilən təhqir söyüş xarakterli məlumatların ( yazıların) təkzib edilərək, onun tərəfindən müvafiq olaraq instagram hesabında və KİV -də üzr istəməsi tələbi ilə məhkəməyə müraciət edib.

Bu xüsusatı da vurğalamaq istəyirəm ki, Kamil Zeynallı Əfruzə Ağayevanın mobil nömrəsinə hədə -qorxu dolu mesajlar yazaraq onu təhdid edib. Buna görə də, hazırda jurnalist Əfruzə Ağayevanın həyat və sağlamlığı ciddi təhlükədədir. Onsuz da xanım kifayət qədər stress içində və hal-hazırda həkim nəzarətindədir”.

Xatırladaq ki, Kamil Zeynallı nə məhkəmədən, nə də polisdən qorxmadığını bildirmişdi.

 






Fikirlər