Ötən gün “Bayram axşamı” oldu - FOTOLAR
Ötən gün “Cinema Plus”da Murad Dadaşovun prodüserlik etdiyi “Bayram axşamı” filminin qala gecəsi keçirilib. “Qafqazinfo” xəbər verir ki, təqdimat mərasimində media nümayəndələri və mədəniyyət üzvləri iştirak edib. Gecədə layihənin prodüseri Murad Dadaşov film barədə açıqlama verib: “Fim Novruz bayramında baş verən hadisələrdən bəhs edir. Filmin təkcə prodüseriyəm, maliyyə, sponsor məsələlərini mənə aiddir. Ancaq əsas yük bizim əməkdaşların üzərində oldu. Özüm də filmdə rol almışam. Ekran işini yarım il ərzində ərsəyə gətirdik. Bu sahədə prodakşınımızın ilk işidir. Kino sahəsində ilk addımızı atdıq. Təndiqə açığıq, film barədə hər kəs rahat şəkildə fikirlərinə bildirsələr yaxşı olar”. Ekran işində Firəngiz obrazını canlandıran Oksana Rəsulova isə çox həyəcanlı olduğunu söyləyib: “Çox həyəcanlıyam, komediya janrlı filmdə ilk dəfə rol almışam. İnsanları güldürmək çox çətindir. Ona deyə bilərəm ki, film çox gülməlidir. Xatırladaq ki, layihədə Oksana Rəsulova, İslam Mehrəliyev, Cəmil Məmmədli, Əkbər Əlizadə, Elxan Quliyev, Firəngiz Mütəllimova, Naidə Orucova və başqaları iştirak edib.
Ekran işinin rejissoru Toğrul Məmmədovdur.