“Biabırçılıqla İŞDƏN qovuldum...” - Dadaşova QARŞI SƏRT ittiham

““Biabırçılıqla işdən qovuldum...” - Dadaşova qarşı sərt ittiham

Məşhur şoumen Murad Dadaşovun yerli telekanallarla bağlı fikri bəzi aparıcıların etirazına səbəb olub. 

"Qafqazinfo" xəbər verir ki, “5-ci element” verilişinin aparıcısı və prodüser Ranar Musayev sosial şəbəkədə şoumenə sərt reaksiya verib. 

Prodüser bildirib ki, Murad Dadaşov onu səbəbsiz şəkildə işdən qovub:

“Çox gülməlidir. Deyən lazımdır ki, birincisi 2008-ci, 2009-cu illərdə sizə Lider TV-də baş prodüser vəzifəsi etibar olunmuşdu. Bacarığınızı göstərərdiz də... Boş-boşuna danışmaqla deyil ki... İllərlə əziyyətlə yaradılan telekanalı məhv etdiniz. İkincisi, siz deyildinizmi həmin baş prodüser vəzifəsində olarkən, olan-qalan istedadları işdən çıxaran, əzən, məhv edən? Peşəkarlar, işini bacaranlar, işini sevənlər, istedadlar həmin ərəfədə siz tərəfdən işdən qovuldu. Onların içində də mən də var idim. Biabırçılıqla işdən qovuldum, səbəbsiz, filansız. Öncə efirdən kənarlaşdırıldım, səbəb olaraq dediniz ki, “Eybəcərlərin efirdə yeri yoxdur”.

Sizin təzyiqləriniz altında ən yaxşı layihələr bağlanmalı oldu. Onlardan da biri tamaşaçıların indiyədək yadda saxladığı “Bura Bakıdır” verilişi idi. Azərbaycanda yerli televiziyanın məhv olunma təməlini qoyan adam, Murad Dadaşov bu gün televiziyanın aşağı səviyyədə olmasından danışır. Ən azı bu işin içində olanlar üçün bu çox gülməlidir. Kaş televiziyanın yuxarı qalxdığı zaman, heç kəsə mane olmayardınız. Bu bəs olardı ki, tək əlinizdən səs çıxsın. Sağlam rəqabət apara biməyən, heç zaman uğurlu televiziya işçisi ola bilməz (müvəqqəti uğuru çıxmaq şərti ilə). Şahidlər olan yerdə, həqiqət üzə çıxar, ona görə də lazım deyil”.

Qeyd edək ki, Murad Dadaşov jurnalistlərə açıqlamasında yerli kanalları tənqid etmiş, aşağı səviyyədə fəaliyyət göstərdiklərini bildirmişdi.






Fikirlər