Vəfa Zeynalovaya görə efirdə gərginlik - VİDEO

ARB TV-də Elgiz Əkbərin təqdimatında yayımlanan "Elin gözü” verilişində gərgin anlar yaşanıb.

Verilişdə əməkdar artist Vəfa Zeynalovanın "Cavabım var” rubrikasındakı çıxışı müzakirəyə çıxarılıb. Həmin rubrikada əməkdar artistin ona ünvanlanan sualların heç birinə düzgün cavab verə bilməməsi barədə danışan həmkarları mövzuya münasibət bildiriblər.
Əməkdar artist Əli Nur qadın həmkarını müdafiə edib:
"Aktyor və aktrisaları seçilərkən onların intellekti nəzərə alınmır. Nəzərə alınan onların fiziki görünüşləri və talantlarıdır. Əgər aktrisa Natavan roluna çəkilirsə, onun xalqın səsi olan, görünüşü və gözəlliyi olmalıdır. Səhnədə istedadlıdırsa, intellektinin dəxli yoxdur. İntellekt rejissora lazımdır. Vəfa Zeynalova intellektual aktrisadır. Bilik aktrisa üçün əzabdır. İnsan çox bildikcə, əziyyət çəkir”.
Daha sonra aparıcı aktyorun fikirlərinə etiraz edib:
"Siz rejissorun üzərinə böyük məsuliyyət qoyursunuz. O gəlir başa salır aktrisanı, onunla işləyir. Görsə ki, akstrisanın intellekti yoxdur, rejissor da əziyyət çəkər”.
Verilişə qonaq olan jurnalistlərlə aktyorlar arasında məsələ ilə bağlı qarşıdurma yaşanıb.
Jurnalist-yazıçı Cəlil Cavanşir isə əməkdar artistlərdən fərqli olaraq Vəfa Zeynalovaya haqq qazandırmağın düzgün olmadığını vurğulayıb:
"Bacardığım qədər aktyor oyunlarına gedirəm. Çox təəssüf edirəm ki, həmin o tamaşalarda rol oynayan aktyorların və aktrisaların əksəriyyətinin, Vəfa Zeynalova ilə olan layihəyə münasibətini gördüm mən. Hətda bacardıqca haqq qazandırmağa çalışırdılar ki, bir aktrisa Tarkovskini tanımamağı ayb deyil".
Əməkdar artist Mehriban Xanlarova isə biliyin aktrisalıq istedadına aiddiyyatının olmadığını söyləyib:
"Belə deyək də. Mən yetərincə cavabını vermişəm mediaya. Bir dəfə cavab vermişəm və fsyo. Mən çox aktyorlardan da savadsızam. Onların bildiyini mən bilmirəm. Məktəbdə də pis oxuyan şagird olmuşam və bunu deməkdən də utanmıram. İncəsənətdə oxuyanda da dedim ki mən bura təhsil örgənməyə gəlməmişəm. Qəbul alanda mən artıq baş rolun oyunçusuydumş İlyas Əfənidyevin "Sarı köynəklə Valehin nağılın”da oynayırdım. Ömründə ağlıma gəlməzdi ki, mən aktrisa olacam”.
Əməkdar artist Vahid Əliyev də V.Zeynalovaya haqq qazandırıb:
"İnsanlar bütün suallara cavab bilirlər? Əlbəttə, yox. Adam dahi yanında adam olur. Aktyor sənəti hobbi ola bilər. Amma rejissorluq elmdir. Yaradıcı adam savadı olmadıqda müəyyən bir həddə dayanır. Ruhla işləyən adamlar var".
Verilişində yaşanan gərgin anların görüntülərini təqdim edirik:






Fikirlər