“Ana olmağıma çox əsəbiləşdilər...” - Vəfa Zeynalova
ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan əməkdar artist Vəfa Zeynalova maraqlı açıqlamalar verib. "Qafqazinfo" xəbər verir ki, sevilən aktrisa ailə qurması haqda danışıb: "Məndə hər şey birdən-birə alındı. Universitetə qəbul oldum. Dərhal rollar almağa başladım. Həmin dövrdə nişanlandım. Film bitənə yaxın ailə həyatı qurdum. Universiteti bitirəndə isə, artıq, ana idim. Mən ailə qurmağa heç vaxt tələsməmişəm. Özüm üçün yaş müəyyən etmişdim. Amma hər şey anidən baş verdi. İdmanla məşğul olub, karyeramı o yöndə qurmaq istəyirdim. Amma tamam fərqli sahəyə gəldim. Yoldaşımla 2 ilə yaxın dost idik. Sonra ailə qurmağa qərar verdik. Bu ərəfələrdə isə sənətdən uzaqlaşdım. O zamanlar rejissorlar mənə çox əsəbləşirdi. Çünki çox təkliflər var idi". Əməkdar artist ana olduqdan sonra yaşadığı çətinliklərdən söz açıb: "Mən 5 il xəstəxanalarda qaldım. Övladlarım vaxtından öncə oldular, çəkiləri az oldu. 5 il çox əziyyət çəkdim, amma şükür ki, əziyyətimin bəhrəsini gördüm. İndi 18 yaşındadırlar. Təhsillərini davam edirlər". Verilişdə Vəfa Zeynalovanın 20 il öncəki görüntüləri yayımlanıb.