Vəfa Zeynalova: "Ləhcəylə danışmaq gülüncdür"
Aktrisa Vəfa Zeynalova bəzi həmkarlarından narazılıq edib.
Azertaym.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan “Bu bir sirdir” verilişinə qonaq olan aktrisa ləhcəylə danışıb tamaşaçını güldürməyin düzgün olmadığını düşünür:
“Ləhcəylə danışıb tamaşaçını güldürmək aktyorluq deyil. Bu halda kimisə güldürməyə çalışanların özləri gülünc vəziyyətdədirlər. Çox təəssüflər olsun ki, son vaxtlar bu cür problemlər yaşayırıq. Mən bütün bölgələrimizi sevirəm, amma səhnədə ləhcə olmaz”.