Şəbnəm Tapdıq Azərbaycanı tərk etdi: "Geri QAYITMAYACAM"
Uzun müddətdir ki, efirlərdə görünməyən müğənni Şəbnəm Tapdıq ölkəni tərk edib.
AzerTaym.az xəbər verir ki, bunu a24.az-a açıqlamasında müğənni özü deyib:
“Mən artıq Azərbaycanda yaşamıram. Çox güman ki, heç geri qayıtmayacam. Hazırda Almaniyada yaşayıram. Yəqin ki, yaradıcılığımı burada davam etdirəcəm”.
Qeyd edək ki, müğənni Şəbnəm Tapdıq mərhum şair İlyas Tapdığın qızıdır.