Oksana İslamın anasının bu sözlərinə GÖRƏ AGLADI
Ötən gün “Maşın” şou iştirakçıları bir-birilərinin ailələri ilə tanış olublar. İştirakçılar Oksana Rəsulova və Elcan Rəsulov aktyor İslam Mehrəliyevin evində qonaq olublar. İştirakçıları İslamın anası, xanımı və övladı qarşılayıb. Aktyorun anası şouda İslamın ağlayaraq görüb, kövrəldiyini deyib: “İslam ağlayanda mən ondan çox ağladım. Oğlum deyə demirəm, amma İslam çox zəhmətkeş uşaqdır. Bu vaxta qədər bir dediyim sözü ikinci dəfə təkrar eləməmişəm. Atasından bu vaxta kimi cəsarət edib pul istəməyib. Həmişə mənə deyib”. İ.Mehrəliyevin anasının sözlərindən sonra rəqqasə Oksana göz yaşlarını saxlaya bilməyib. AzerTaym.az