Məleykə Əsədovanın qalmaqala səbəb olan villasının görüntüləri – VİDEO
Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun Xalq artisti Məleykə Əsədova ilə bağlı ölkə.az -a müsahibəsində “Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İkiotaqlı ev idi, birində erməni, o birində isə Məleykə xanım yaşayırdı” deməsi bu gün sosial mediada ən çox müzakirə olunan mövzulardan biri olub. M.Əsədova isə yenicag.az-a açıqlamasında A.Bəşirovun söylədiklərinə etiraz olaraq “1988-ci ildə “Baksovet”də olan o evi toylara gedə-gedə, alın tərimlə topladığım pulla almışam. Bir mənzildə iki adam yaşayırdı, mənim evim 25 kvadratlıq idi, o biri mənzil isə 11 kvadratdan ibarət idi. O evin sahibəsi dünyasını dəyişdi. Həmin ev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında idi, rejissor Lütfi Məmmədbəyov bu evin mənə verilməsi üçün qurumun rəisi Aydın Bəşirova müraciət etdi. Yaradıcı insan kimi o evi mənə verdilər. Onu satıb, indiki evimi tikmişəm”, - deyib. Bu ilin aprelində isə ARB TV-nin “Evgördü” verilişinin yaradıcı heyəti Xalq artistinin möhtəşəm villasında çəkiliş aparmışdı. Həmin görüntüləri təqdim edirik.