Namiqlə Könül illər sonra “CAVANLIQ səhvi”Nİ OXUDU
Bu gün “Hər şey daxil” verilişinin qonağı meyxana ifaçısı Namiq Qaraçuxurlu olub. “AzerTaym” xəbər verir ki, proqram 39 yaşı tamam olan meyxanaçıya həsr olunub, ifaçıyla bağlı sujetlər yayımlanıb. Canlı efirdə şounun heyəti Qaraçuxurluya maraqlı bir sürpriz hazırlayıb. Aparıcılar Sevil və Sevinc bacıları studiyaya məşhur bir müğənninin zəng vurduğunu deyiblər Canlı yayıma Namiqin keçmiş duet ortağı Könül Kərimova qoşulub. O, efirə gələ bilmədiyini, bu səbəbdən ondan üzr istədiyini bildirib. Bu zaman bir dövrlər fenomenə çevirilən “Cavanlıq səhvi” bəstəsi səslənib. Bu məqamda Könül Kərimova studiyaya daxil olub və cütlük illər sonra həmin mahnını canlı yayımda ifa ediblər.
Namiq təbrikə görə Kərimovaya təşəkkür edib. Aparıcılar daha sonra ifaçıdan mahnı oxumağını xahiş edib.