"Neçə ildir Könül Kərimovaya yalvarıram..." - Abbas
AzerTaym.az Axşam.az-a istinadən məlumat verir ki, "Star life" verilişinə açıqlama verən ifaçılar duet oxumaq istədiklərini bildiriblər.
A.Bağırov K.Kərimovanın ünvanına təriflər yağdırıb:
"Neçə ildir Könül xanıma yalvarıram ki, duet oxuyaq. Azərbaycan incəsənətinin istedadlı, zəngin musiqi yaradıcılığı olan nümayəndəsidir. Niyə də onun bu istedadından bəhrələnməyim? Neçə illik musiqi təcrübəmdə Könül xanımın da rolu var. Niyə də duet oxumayaq? İnanıram ki, işimiz tamaşaçıların sevgisini qazanacaq, tarixdə qalacaq. Mahnını özümüz yazacağıq. Mən məmnuniyyətlə onun bəstəsini səsləndirəcəm. Amma bilmirəm, mənim mahnımı Könül xanım bəyənəcək, ya yox".
K.Kərimova isə əməkdar artistlə duetlərinin gecikmə səbəbini açıqlayıb:
"Çoxdandır duet oxumağı planlaşdırırq. Həmişə də nəsə iş çıxır, yarımçıq qalır. Yaxın günlərdə bu istəyimiz reallaşacaq. Onun sənətinə dəyər verirəm. Gördüyü işlər göz qabağındadır. Ondan bu qədər xoş sözlər eşitmək gözəl haldır. İki mahnı olacaq: birini mən, ikincini də Abbas yazacaq".