2014-cü ildə şou-biznesdə kimlər “at oynatdı”? – sorğu

2014-cü ildə şou-biznesdə kimlər “at oynatdı”? – sorğuStar life” verilişi şou əhli arasında sorğu apararaq, 2014-cü ildə kimlərin “at oynatdığını” öyrənib.

Axşam.az müğənnilərin cavablarını təqdim edir:
Bu il şou-biznesdə kimlər “at oynatdı”?

Xalq artisti İlhamə Quliyeva – Bu il heç kim at oynada bilmədi. Hələ mənim qarşımda heç kim at oynada bilməz. At ili olmur, nə olursa-olsun.

Xalq artisti Faiq Ağayev – Bəlkə, Elnurun Türkiyədəki uğurunu demək olar. Gözəçarpacaq hadisə idi.

Əməkdar artist Zöhrə Abdullayeva - Mənim atım yoxdur. Piyada gəzirəm.

Əməkdar artist Nüşabə Ələsgərli – Qəliz sualdır, cavabını bilmirəm.

Əməkdar artist Ədalət Şükürov – At oynatmaq lazım deyil. Səhnədə özünü adam kimi aparmaq, ancaq işləmək, artıq-əskik danışmamaq lazımdır. Getdikcə həmkarlarım, incəsənət adamları lazım olmayan sözlər danışırlar, hərəkətlər edirlər.

Əməkdar artist Abbas Bağırov – Mən at oynatmadım, öz üzərimdə çalışdım. 2015-ci ildə yeni albomum işıq üzü görəcək. Asta gedən, çox gedər.

Müğənni-bəstəkar Rəhim Rəhimli – Günay İbrahimli at oynatdı. Mənim atım 6 ay oynayar, 6 ay quyruğu kəsilər, sakit qalar kənarda, istirahət edər. Başını salar aşağı, otlayar, heç kəslə işi olmaz. Bəziləri də at oynatmağı bacarmadı.
Müğənni İradə İbrahimova – Buradakı şou-biznesdə baş verənlər haqda məlumatım var. Amma kimlərin at oynatdığını deyə bilmərəm.

Müğənni Könül Kərimova - At oynatmaq fikrim yoxdur, heç vaxt da oynatmamışam.

Müğənni Gülay Zeynallı – Həmişə at oynatdığını deyənlər heç qoyun da çapmır.
Aşıq Samirə - At oynadan çox oldu. Amma müğənnilər arasındakı “müharibələr” daha çox idi.
Müğənni Yeganə Mürsəlova – Başqalarını bilmirəm, amma mən bu il at oynatdım.

Müğənni Mirkamil Kamilov – Özüm at çapdım. Amma at oynadanları deyə bilmərəm. At insanı oynadır.






Fikirlər