14.02.2014. - Könül Kərimova: “Mən xoşbəxtəm”

14.02.2014. -  Könül Kərimova: “Mən xoşbəxtəm”Müğənni Könül Kərimova özünü xoşbəxt hiss edir.

“Lider” telekanalında yayımlanan “Solo” verilişinə qonaq olan sənətçi bunu gözəlliyi ilə bağlayıb:

“Əgər bu gün gözəl görünə bilirəmsə, deyib-gülürəmsə, niyə də xoşbəxt olmayım. Əlbəttə, xoşbəxtəm”.

K.Kərimova mediada yayılan müflişləşmə xəbərlərinə də aydınlıq gətirib:

“Bu yalanları kim yayır, bilmirəm. Mən heç müflisləşən adama oxşayıram? Allah göstərməsin”.






Fikirlər