Toto Kutunyo "Sarı gəlin"i belə oxudu - Video

Ötən gün "Crystal Hall”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “San Remo ulduzları” adlı konsert baş tutub.
Toto Kutunyo "Sarı gəlin"i belə oxudu - Video
Azertaym.az-ın məlumatına görə, gecənin aparıcısı məşhur italyan ulduzu Ornella Muti və Tural Əsədov olub. Konserti giriş sözü ilə açan Ornella Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib:

“Mehriban Əliyeva ilə görüşdüm, çox gözəl xanımdır. Ümumiyyətlə, Azərbaycan möhtəşəm ölkədir. Burada olmağıma görə çox xoşbəxtəm. “San Remo” ulduzları burdakı konsertdən aldıqları qonorarın bir hissəsini Heydər Əliyev Fonduna bağışlayacaqlar. İtalyanlar istiqanlı millətdir. Eləcə də sizin xalqınız mehriban və qonaqpərvərdir”.

Daha sonra səhnəyə çıxan və tamaşaçıları Azərbaycan dilində salamlayan İvana Spanya Bakının cənnətə bənzədiyini vurğulayıb:

“Hava limanından şəhərə gələnə qədər özümü cənnətdəki kimi hiss edirdim. Bura əsl cənnətdir. Bu gün Bakıda konsert verdiyim üçün özümü xoşbəxt hiss edirəm”. Daha sonra tamaşaçıların yanına gələn İvana Spanya “San Remo” festivalında ifa etdiyi ilk mahnısın oxuyub.

57 yaşlı Mariya Fiordaliso isə ifasıyla yanaşı zarafatları ilə də tamaşaçıları əyləndirib:

“57 yaşım var, çox xoşbəxtəm. Hündürdaban ayaqqabı geyinə bilmirəm, amma sekslə məşğul oluram. Bakını gəzdim, gözəl şəhəriniz var. Çoxlu rəgli güzgülər almışam. Tezliklə yenidən Bakıya qayıdacağam”.

Gecənin qonaqları sırasında olan “Rikki e poveri”, Rikardo Foli, Umberto Tosi, Toni Espozito, Matia Bazar da Bakının gözəlliyinə heyran qaldıqlarını bildiriblər. Sevilən italyan ulduzu Albano məşhur mahnılarını səsləndirərkən, Azərbaycan dilində Prezidentin ailəsinə də təşəkkür edib:

“Buranı uzun illər əvvəl görmüşdüm. İndi də sizin üçün oxumağa gəlmişəm . Sizin Prezidentinizə təşəkkür edirəm. Onun fantastik milləti var”.

Gecənin ən maraqlı anı isə əfsanəvi ulduz Toto Kutunyonun çıxışı olub. Müğənni sevilən mahnılarını oxumaqla yanaşı, azərbaycanlı sevənlərinə sürpriz də edib. Belə ki, o, “Sarı gəlin” xalq mahnısını səsləndirib:

“Çox çətin diliniz var. Güclə bu mahnını hazırlaya bildim”. Toto Kutunyonun möhtəşəm “Sarı gəlin” ifasını tamaşaçılar ayaqüstə alışlayıb.









Fikirlər