"Facebook ulduzu" Aynur Qurbanqızı: Əgər boşanmasaydım, məni xoşbəxt edən kişini tanımaq şansım olmayacaqdı - MÜSAHİBƏ + FOTOLAR

AZXEBER.COM portalının "Facebook ulduzları" rubrikasının bu dəfəki qonağı jurnalist Aynur Qurbanqızıdır.

"Qadınları kişilərin zorakılığından xilas etmək üçün ölümə belə gedərəm!"

- Aynur, bu rubrikamızın adı "facebook ulduzları" adlanır. İlk sualımız ənənəvidir özünü "facebook ulduzu" hesab edirsənmi?

- Əgər, facebookda "Aynur Qurbanqızı" səhifəsinə üzv sayı 31 min nəfərə çatıbsa, məncə, məni "facebook ulduzu" hesab etmək olar. Fikrimcə, bu cür şəxsi səhifələr azdır.

- Yəqin ki, bu müsahibəni sənin səhifəni bəyənməyən insanlar da oxuyacaq. Ona görə də mümkünsə özün haqda məlumat verərdin.

- Aynur Qurbanqızı - Azadqadin.az saytının rəhbəri, "Gözəllik sirləri" seriya kitabların müəllifi, pulu artırmağın texnikası üzrə təlimçi, qadın hüquqları müdafiəçisi, feminist.. Həyat məqsədim: Qadınları kişilərin zorakılığından xilas etmək istək... Bunun üçün ölümə belə gedərəm!

- Çox gözəl. Məncə səni "facebook"da məşhurlaşdıran da elə feminist olmağındı. Səndə kişilərə bu qədər nifrət hardan qaynaqlanır? Neyniyiblər sənə kişilər?

- Kişilərlə şəxsi qərəzliyim yoxdur. Sadəcə, qadınların özlərini bədbəxt hiss etmələrinin əsas səbəbkarı olaraq kişiləri görürəm. Kişilər zərif cinsə sevgi ilə yanaşsaydı, dürüst davransaydı, əminəm ki, qadın problemi, boşanma halları hədsiz azalardı. Təbii ki, nifrət yalnız qadınları aşağı gözdə görən, hisləri ilə oynayan kişilərə qarşıdır, hər kəsə şamil edilmir.



"Xoşbəxtəm ki, boşanmışam, bu cəsarətli addımı atmağa qərar vermişəm"

- Bəs, sən özünü necə qadın hesab edirsən? Xoşbəxtsənmi?

- Düşünürəm ki, qadının xoşbəxtliyi yalnız bir kişini sevərkən, sevilərkən tamamlanır. Mən də iki həftədir artıq özümü xoşbəxt hiss edirəm. Yeri gəlmişkən, sevgidən, ailə qurmaqdan danışanda, çoxları "sən feministsən, necə ərə gedə bilərsən" deyirlər. Feminist kişilərə düşmən olmaq demək deyil. Sadəcə, qadınla kişinin bərabər hüquqlu olmasını müdafiə etməkdir.

- Aynur, bir söz də var ki "xoşbəxt insanlar heç vaxt başqalarını müzakirə etmirlər, öz həyatlarını yaşayarlar". Amma sən daha çox başqalarının həyatıyla maraqlanırsan...

- Şəxsi həyatımda hər şey əla olub, özümü xoşbəxt hiss etdiyimdə belə, tənha, bədbəxt qadınlar gözümün qabağında getmir. Əksinə, daha da alışıb-yanıram, kişilərə nifrətim bir az da alovlanır ki, axı onlar da hazırda mənim kimi özlərini xoşbəxt hiss edə bilərdilər. Əgər, həyat yoldaşları, sevdiyi insanlar, yani bir kişi onlara azacıq sevgi göstərib, dəyər versəydi... Qadın emosional varlıqdır. Əminəm ki, istənilən qadını problemlərdən sevgi ilə xilas etmək olar.

- Aynur, şəxsi həyatdan söz düşmüşkən, düşünürəm ki, kifayət qədər səmimi insansan və bu suala da cavab verəcəksən. Həyat yoldaşından nəyə görə boşanmısan?

- Valideynlərim "qız köçürtmək" arzusunu reallaşdırmaq üçün sevmədən ailə qurdum. Düşündüm ki, birlikdə yaşayarkən hər şey yaxşı olacaq. O, isə sevgimi qazanmaq əvəzinə, kiçik ailə-məişət məsələlərini hədsiz qabardaraq nifrət yaratdı. Fərqli dünyanın insanları idik. Qadına əşya, evin qulluqçusu kimi baxan, ona zaman, sevgi ayırmayan, insan kimi dəyər verməyən kişi ilə bir evdə yaşaya bilməzdim. Xoşbəxtəm ki, boşanmışam, bu cəsarətli addımı atmağa qərar vermişəm. Əks halda, əksəriyyət qadınlar kimi həyatım mənasız keçəcəkdi, ikinci dəfə ailə quracağım, məni xoşbəxt edən kişini tanımaq şansım olmayacaqdı.



- İkinci dəfə ərə getməyi düşünürsən deyəsən..

- Bəzilərinə görə, azad qadın deyəndə, bura nigahsız yaşamağı da şamil edirlər. Mənsə, heç vaxt nigahsız münasibətləri qəbul etməmişəm. Düşünürəm ki, kişi qadına dəyər verirsə, onu məşuqəsi etməz, istəyər evinin xanımı, uşaqlarının anası olsun. Təbii ki, əgər bir kişiyə həyatıma girməyə icazə verirəmsə, bu ancaq mənimlə evlənəcək biri ola bilər. Hazırda, həmin şəxsi tanımağa çalışıram, hər şey yaxşı olarsa, tezliklə toy olacaq...

- Həmin insanın sənin "facebook" statuslarından, səhifəndən xəbəri var? Yoxsa virtullıqdan uzaq insandı?

- Hacıbəy, bəxtim gətirib ki, oğlan "facebook"dan uzaqdır. Yoxsa, çətin mənə evlənmək təklif edərdi (gülür) Bir həftə olar, həvəsləndim, ona da facebookda profil açdım. İnan ki, cəmi bir gün sonra buna çox peşman oldum. Çünki, statusların altında mənə yazılan şərhlər onu çox qıcıqlandırır, əsəbləşdirir. İzah edə bilmirəm ki, facebookda hər ağılda, tərbiyədə insan var. Hər kəsə baş qoşmaq lazım deyil. O isə, təbii ki, sevdiyi qadının qoruma instinkti olan hər bir azərbaycanlı kişi kimi bunları qəbul etməkdə çətinlik çəkir. Əlacı olsa, facebooka daxil olmağı mənə qadağan edərdi.



"Sevgilim məndən 1 yaş kiçikdir, heç vaxt ailə qurmayıb"

- Aşıq Namiq söhbətiylə bağlı nə dedi?

- Qəribə də olsa deyim ki, əslində elə bu tanışlıq o qalmaqalın sayəsində yaranıb. Oğlan məni "Adam içində" verilişində çıxış edərkən görüb. İlk baxışdan aşiq olub, evdəkilərə deyib ki, yalnız belə bir qızla ailə qura bilər. Təsadüfdən də, yanındakılar, yəni xalasıgil mənim kirayədə qaldığım evin sahibləri olub. Onlar deyib ki, boşanıb, yaxşı qızdır-filan. O da əl çəkməyib ki, bizi tanış edin. O qalmaqal vaxtı iftira-böhtandan dolayısı çox əsəbi idim. Həmin ərəfədə ailəvi bizə gəldilər. Oğlanı ilk onda gördüm. Boyu 1,90-a çatan, yaraşıqlı bir oğlan. Yəni, zövqümdə olan bir tip olduğu üçün ilk baxışdan mən də bəyəndim. Sonra şəhərdə görüşdük, söhbət etdik, xasiyyəti də arzuladığım kimidir hələki... Məndən 1 yaş kiçikdir, heç vaxt ailə qurmayıb.

- Aynur, bu söhbətlərdə çox adam aşıq Namiqi qınadı. Amma məncə sənin yazdığın statusları görən orta statstik Azərbaycan kişisi sənə "podxod" edər, bu cür təkliflər edərdi. Bunları yazanda kişilərin nə düşünəcəyini düşünmərsən bəs?

- Hacibəy, məni yavaş-yavaş hirsləndirirsən haa (gülür) Mənim yazdığım statuslar əksər halda kişilərə tənqidə köklənibsə, buna görə niyə "padxod" etməlidirlər ki? İkincisi, televiziyada şou yaradan ekspertlər ucbatından Namiq məsələsi bir çoxları tərəfindən düzgün anlaşılmayıb. Əslində, problem mənə kimsənin eşq elan etməsi deyildi, səhifəsində haqqımda təhqir dolu yalan-bohtan yazması idi. Bu mövzu mənim üçün bağlanıb, qayıtmaq istəmirəm. Sadəcə, onu qeyd edim ki, orta statistik Azərbaycan kişisi üçün qadının nə yazıb-yazması önəmli deyil. Əsas, tilov atıb, toruna hansısa bir qadını salmaq və könlünü əyləndirməkdir. Yəni, facebookda olan əksər qızların inboxuna gələn tanışlıq məktubları bunu deməyə əsas verir.

- Amma məncə o tip məktublar da hər qıza gəlmir.. Aynur, "facebook"da bu günə qədər sənə gələn ən maraqlı mesaj hansı olub?

- "Facebook"da şəklini qoyan, bir az gözəgəlimli əksər qızlara əminəm ki, bu məktublar gəlir. Bir də ki, kim deyir ki, mənə o cür məktublar çox gəlir? Bir-iki il əvvəl ola bilərdi, bəzilərinin məktublarını ironiya ilə paylaşıb davamlı müzakirəyə çıxartdıqdan sonra son vaxtlar bu nadir hallarda olur. Məktub qutumda ismarıcların əksəriyyəti xanımlardandır. Yadımda qalan xüsusi mesaj yoxdur. Xatırlasam sənə deyəcəm mütləq.



- Aynur, sənin statuslarından belə qənaətə gəlmək olur ki, "əgər qadın fahişəliklə məşğuldursa, günahkar kişilərdir", "əgər qadın boşanıbsa, günahkar kişilərdir". Doğurdan mı, bütün qadınlar günahsızdır?

- Təbii ki, qadınların hamısı mələk deyil, nə də bütün kişilər günahkar. Amma, biz ümumi danışırıqsa, çoxluq təşkil edən statistikaya üstünlük veririk. Qadın fahişədirsə, bəli, bunun günahının 90 faizi kişilərdədir. Aldadılmış, atılmış zəif qadın bəzən başını "itirir", özlüyündə gündə bir kişi ilə tanış olmaqla həyatdan qisas aldığını düşünür. Və beləliklə, əxlaqsızlıq başlayır. Boşanmış qadınların həyat dramı ilə tanış olduqda onlarda da, çox vaxt problem kişilərdən başlayır. Yenə deyirəm, qadın elə bir varlıqdır ki, ona azacıq sevgi, dəyər, güvən ver, o özünü xoşbəxt hiss edəcək. Bu xoşbəxtliyi onların əlindən alan kimdir görəsən?

- Əgər sən dediyin kimidirsə, onda kişilər özləri qadınları fahişəliyə məcbur edir ki, sonradan pullarından keçib onlardan istifadə etsinlər. Bəzi qadınlar da bunu məmnuniyyətlə qəbul edir

- Təbii ki, pulu, kef məclislərini ləyaqətindən üstün tutan, onu sevən ərinə xəyanət edən nankor qadınlar da var. Bu başqa... Amma, düşünürəm ki, əksər hallarda qadınlar əxlaqsızlığı məmnuniyyətlə qəbul edə bilməz. Hər bir qadın yalnız bir kişiyə aid olmağı istər, pul xatirinə hansı normal qadın xoşuna gəldi-gəlmədi kimsənin yatağına girər. İqtisadi çətinlik, bir kişinin ona sahib çıxmaması, fahişəlik damğasını üzərindən ata bilməməsi qadını əxlaqsızlığa məcbur edən səbəblərdəndir. Bəziləri də var ki, əxlaqsızlıq onların qanındadır. Bütün hallarda "pis yola" düşənlərə haqq vermirəm. Qadın heç bir çətinliyə baxmayaraq bu addımı atmamalıdır.

- Aynur, sən bu qədər qadınların hüquqlarını qorumana, feminist olmağına baxmayaraq bir çox qız, qadın səni sevmir, hətta sənə nifrət edənlər də var. Səncə bu münasibət hardan yaranıb?

- Yaltaqlıq, paxıllıq, savadsızlıq, cahillik, köləliyə, məzlumluğa öyrəşmək hissi... Bəzən, adi bir status yazıram. Misal üçün, qadınların döyülməsinə qarşı çıxan bir fikir. Yaxud, adi bir ibratimiz aforizm. Bəziləri var ki, nə yazmağımdan asılı olmayaraq, ağına-bozuna baxmadan şərhləri ancaq tənqid və təhqir olur. Niyə? O zaman bunun bir adı olur: paxıllıq... Yaxud, bəzi qızlar var ki, özlərini hansısa oğlanlara yaxşı göstərmək üçün, "qadın özünü pis aparırsa, ərinin sözünə baxmırsa, əlbəttə döyülməlidir" və s. kimi fikirlər yazırlar. Bəzən isə, sadəcə cahillik.... Amma, xoşbəxtlikdən bu cür qadınların sayı çox deyil. Məni sevən, fikrimi dəstəkləyən çoxsaylı xanımlar var. Hətta yolda məni görüb TV-dəki fikirlərimə görə, qucaqlayıb öpənlər də var. (gülür) Bir də onu qeyd edim ki, facebookda statuslar qısa olduğu üçün fikrim çox vaxt düzgün anlaşılmır. Ona görə də, bəzilərinə aqressiv təsir bağışlayıram. Əslində isə, məni tanıyanlar nə qədər səmimi və gülərüz olduğumu bilirlər.



"Mən qızımı azad ruhda böyüdürəm"

- Aynur, bildiyim qədərilə qızın var. Ona necə həyat arzulayırsan? Azad yoxsa evdar qadın...

- Azadlığın işgüzar, yaxud evdar qadın olmağa dəxli yoxdur. Hətta, çadrada belə azad olmaq olar. Çünki, azadlıq insanın ruhundadır. Azad qadın öz huqunu bilən, mənliyini, ləyaqətini qoruyan, özünə, hislərinə hörmət qoyan qadındır. Azad qadın başqalarının fikirlərinə görə həyatını qurmur, zorakılığa məcbur qalıb baş əymir. Mən qızımı azad ruhda böyüdürəm. Ona sadəcə düzgün yol göstərib yönləndirə bilərəm. Amma, istəklərinə qarşı məcbur çıxmaram, səhv edərsə, bəzi ailələr kimi onu atmaram, arxasında duraram, qoruyaram... Bayaq, əxlaqsızlıqdan danışdıq. Bunun bir səbəbi də, ailələrin övladlarına sahib çıxmamasıdır.

- Aynur, son olaraq bir sual da verim: Səncə nəyə görə kişi eyni anda bir neçə qızla gəzəndə ona "playboy", "yaxşı oğlan" deyilir, qadın isə bunu edəndə "fahişə" adlanır. Səncə bu düzgündqürmü?

- Hacibəy, eyni vaxtda bir neçə oğlanla görüşən qızlara da təbii ki, yaxşı baxmaq olmaz. Ümumiyyətlə, cinsindən asılı olmayaraq, hər kəs münasibətlərdə qarşısındakı adama hörmət qoymalıdır.

- Son olaraq nə demək istərdin...

- Sənin verdiyin sualların maraqsız olması mümkun deyil. Müsahibə çox xoşuma gəldi. əla idi. "Facebook ulduzu" Aynur Qurbanqızı: Əgər boşanmasaydım, məni xoşbəxt edən kişini tanımaq şansım olmayacaqdı - MÜSAHİBƏ + FOTOLAR
"Facebook ulduzu" Aynur Qurbanqızı: Əgər boşanmasaydım, məni xoşbəxt edən kişini tanımaq şansım olmayacaqdı - MÜSAHİBƏ + FOTOLAR
"Facebook ulduzu" Aynur Qurbanqızı: Əgər boşanmasaydım, məni xoşbəxt edən kişini tanımaq şansım olmayacaqdı - MÜSAHİBƏ + FOTOLAR
"Facebook ulduzu" Aynur Qurbanqızı: Əgər boşanmasaydım, məni xoşbəxt edən kişini tanımaq şansım olmayacaqdı - MÜSAHİBƏ + FOTOLAR
"Facebook ulduzu" Aynur Qurbanqızı: Əgər boşanmasaydım, məni xoşbəxt edən kişini tanımaq şansım olmayacaqdı - MÜSAHİBƏ + FOTOLAR
"Facebook ulduzu" Aynur Qurbanqızı: Əgər boşanmasaydım, məni xoşbəxt edən kişini tanımaq şansım olmayacaqdı - MÜSAHİBƏ + FOTOLAR
"Facebook ulduzu" Aynur Qurbanqızı: Əgər boşanmasaydım, məni xoşbəxt edən kişini tanımaq şansım olmayacaqdı - MÜSAHİBƏ + FOTOLAR
"Facebook ulduzu" Aynur Qurbanqızı: Əgər boşanmasaydım, məni xoşbəxt edən kişini tanımaq şansım olmayacaqdı - MÜSAHİBƏ + FOTOLAR
"Facebook ulduzu" Aynur Qurbanqızı: Əgər boşanmasaydım, məni xoşbəxt edən kişini tanımaq şansım olmayacaqdı - MÜSAHİBƏ + FOTOLAR"Facebook ulduzu" Aynur Qurbanqızı: Əgər boşanmasaydım, məni xoşbəxt edən kişini tanımaq şansım olmayacaqdı - MÜSAHİBƏ + FOTOLAR"Facebook ulduzu" Aynur Qurbanqızı: Əgər boşanmasaydım, məni xoşbəxt edən kişini tanımaq şansım olmayacaqdı - MÜSAHİBƏ + FOTOLAR






Fikirlər